image-qanunla-reklam
image-1655200422_6b75cc96689839fc75a826230a320c801db6a717

Ukraynada 8 polis vətən xaini elan edildi

image-lady-day-az

Zaporojyedə hüquq-mühafizə orqanlarının nümayəndələri  ruslara xəbər ötürüblər.

Qanunla.az  xəbər verir ki, bu  barədə Ukrayna Dövlət İstintaq Bürosu məlumat yayıb.

“DBR zabitləri Rusiya işğalçı qüvvələrinə “xidmət etmək” qərarına gələn 8 hüquq-mühafizə orqanlarının əməkdaşları xəyanətdə şübhəli bilinərək saxlayıb”, – deyə  məlumatda qeyd olunub.

İstintaqın məlumatına görə, həmin şəxslərdən biri Rusiya ilə əməkdaşlığa görə mükafat olaraq Melitopol rayonunda düşmənin yaratdığı qondarma “xalq milis”inə rəhbərlik edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları dövlətə xəyanətdə (Ukrayna Cinayət Məcəlləsinin 111-ci maddəsinin 2-ci hissəsi) şübhəli bilinirlər. Maddənin sanksiyasında əmlakı müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum etmə və ya ömürlük həbs cəzası nəzərdə tutulub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki