image-qanunla-reklam
image-1647943541-refugee-children-01-ap-iwb-220302_1646239533222_hpmain_16x9_1600

Ukraynada 323 uşaq müharibə nəticəsində həlak olub

image-lady-day-az

Ukraynada 906 uşaq Rusiyanın silahlı təcavüzünün qurbanına çevrilib.

Qanunla.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun məlumatında bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən iyunun 18-dək 323 uşaq qətlə yetirilib, 583 uşaq yaralanıb.

Əlavə olunub ki, bu, yekun göstərici deyil və döyüşlərin davam etdiyi, müvəqqəti işğalda olan və azad edilmiş ərazilərdə araşdırmalar davam etdirilir.

Ən çox itkilər Donetsk (301), Xarkov (170), Kiyev (116), Çerniqov (68), Luqansk (54) və Xerson (52) regionlarında qeydə alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki