image-qanunla-reklam
image-1712292447_d262fa31248bfaa73ae1a6d44c7497ef64fc89ba

“Ukrayna tezliklə bir dövlət kimi yox olacaq”

image-lady-day-az

“Ukrayna tezliklə bir dövlət kimi tamamilə yox olacaq”. 

Qanunla.Az xəbər verir ki, bunu ABŞ ordusunun keçmiş kəşfiyyatçısı Skott Ritter  “Judging Freedom” “YouTube” kanalına danışıb.

Amerikalı kəşfiyyatçı istehza ilə deyib ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tezliklə nəinki işsiz, həm də dövlətsiz qalacaq. Ritterin sözlərinə görə, Rusiya ABŞ siyasətçilərinin Ukrayna münaqişəsi zonasında baş verənlərlə bağlı çaxnaşma dolu bəyanatlarına əhəmiyyət verməyib.

Xatırladaq ki, bundan əvvəl Ritter Rusiyanın münaqişədə qalib gəldiyini, Ukrayna Silahlı Qüvvələrində isə hərbçilərin tükəndiyini açıqlamışdı. Keçmiş kəşfiyyatçının proqnozuna görə, Rusiya Silahlı Qüvvələri Rusiya və Ukrayna sərhədlərindən kənara çıxmadan hətta hücumun sürətini artıra bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki