image-qanunla-reklam
image-881a0f50-5f1b-352c-8139-4b3ade65fd38_850

Ukrayna BQ: “Rusiya qoşunları mülki obyektləri və yaşayış məntəqələrini atəşə tutur”

image-lady-day-az

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Rusiya qoşunlarının anbarına və 10-dək yüngül zirehli texnikanın yerləşdiyi mövqelərinə zərbə endirib, “Orlan-10” tipli 5 PUA-sını məhv edib.

Qanunla.Az  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rəsmi informasiyaya görə, son sutkada Donetsk və Luqansk vilayətləri istiqamətlərində Rusiya ordusunun 10 hücumunun qarşısı alınıb, 4 tank, iki artilleriya sistemi, döyüşçülərin zirehli maşını, avtomobil və xüsusi texnikası məhv edilib.

Bundan başqa, Ukraynanın hava hücumundan müdafiə bölmələri rəqibin iki qanadlı raketini vuraraq sıradan çıxarıb.

Baş Qərargahdan bildirilib ki, Rusiya qoşunları Ukraynanın Krivoy Roq bölgəsi istiqamətində Nikolayevka yaşayış məntəqəsinə uğursuz hücum edib. Rəqib Osokorivki, Trudolyubka və Dobryanka rayonlarındakı yaşayış məntəqələrini, mülki obyektləri atəşə tutub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki