image-qanunla-reklam
image-304936443_639246684221780_2749970197810189734_n

Uğurlu müstəqil siyasət

image-lady-day-az

Uğurlu müstəqil siyasət.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün çıxışları Azərbaycanın dövlətçiliyinin daha da möhkəmləndirilməsinə, dünyəvi dövlətlərlə ikitərəfli, çoxtərəfli əlaqələrin genişləndirilməsinə xidmət edir. Bu çıxışlar Azərbaycanın dövlət maraqlarını ifadə etməklə bəşəriliyə sədaqətin ifadəsi kimi qəbul edilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliyanın Çernobbio şəhərində keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışını həm də bu amillər əhatələdi. Dövlətlərarası münasibətlər başlıca olaraq siyasi dialoqla müəyyənləşdirilir, bu müstəvidə davam və inkişaf etdirilir. Belə münasibətlərin davamlılığı və etibarlılığı gerçəkləşdirilən təşəbbüslər kimi dəyərləndirilir. Azərbaycanla İtaliya arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı geniş müzakirələr daim davamlı şəkildə aparılır. Dövlətlərarası əməkdaşlıq müxtəlif sahələri əhatə etsə də, başlıca olaraq təhsil sahəsi ilə bağlı olur. Azərbaycanın kifayət qədər nüfuzlu ADA Universiteti İtaliyada da yaxşı tanınır, onun elmi, elmi-pedaqoji potensialına bu dövlətdə də ehtiram böyükdür. Bunun nəticəsidir ki, ADA Universiteti İtaliyanın aparıcı Luiss Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti, Bolonya Universiteti və Romanın Sapienza Universitetləri ilə tərəfdaşlıq edir. Bu tərəfdaşlıq qarşılıqlı etimada əsaslanır.

Azərbaycan neft ölkəsidir. Dövlət müstəqilliyi bərpa edildikdən cəmi üç il sonra Azərbaycan dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində müştərək iş birliyinə dəvət edən ilk ölkə oldu. Tezliklə Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildi. Azərbaycan neçə-neçə dövləti neftlə, neft məhsulları ilə təmin edir. O dövlətlər sırasında İtaliyada da var.

Bir faktı xatırlamaq kifayətdir ki, iki strateji neft boru kəmərinin inşası ilə Azərbaycan Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü öz üzərinə götürdü. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Bununla da Azərbaycan Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail oldu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliyanın Çernobbio şəhərində keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışında dediyi “Müstəqil bir ölkə kimi xarici amillərdən müdafiə olunmaq əsas məsələlərdəndir. Ölkələrimiz daxilən artıq inteqrasiya edib. Bizim daxildə ölkəmizi hansı yöndə inkişaf etdirmək üçün birliyimiz var. Buna görə də yeni qlobal düzənin bizim regiona təsirləri, böyük region ölkələrinin mövqelərinin necə olacağı, Ermənistanla sülhə nail olmaq planlarımızda nələr əldə edəcəyimiz, övladlarımız və yeni nəsillərin gələcəyinin necə olacağı bizim üçün önəmlidir” fikirləri də Forumda maraqla qarşılanıb. Ümumiyyətlə, bu Forum da Azərbaycan dövlətçiliyinin daha da möhkəmlndirilməsi baxımından olduqca tarixi çıxış oldu…

Xanım İmanova

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki