image-qanunla-reklam
image-62de6fad8b81b62de6fad8b81c165874474995bdd2e0b40dccbe89f96d3055f60d3e

Uğurlu müstəqil siyasət

image-lady-day-az

Uğurlu müstəqil siyasət

Azərbaycan dövlətinin siyasətinin gücləndirilməsi, fəal və çevik diplomatiyanın həyata keçirilməsi,vətəndaşların mütəşəkkil qüvvə kimi formalaşdırılması,diaspor və lobbi quruculuğu ölkə başçısının hər zaman milli təhlükəsizliyin gücləndirilməsi istiqamətində atdığı mühüm addımlardandır.Azərbaycanın artan önəmi, iqtisadi potensialı, uğurlu xarici siyasəti, böyük dövlətlərlə olan strateji əməkdaşlığımız – bütün bunlar ölkəmiz üçün çox gözəl perspektivlər açır. Azərbaycan haqqında həqiqətləri dünya birliyinə çatdırmaq çox önəmlidir.

Dövlət müstəqilliyi xalqların istiqlal mübarizəsinin, əsrlər boyu formalaşdırdığı mənəvi potensialın,ənənələrin,milli-mənəvi dəyərlərə bağlılığının, eyni zamanda milli vəhdətinin bariz təcəssümüdür. Ötən 30 ildə müstəqilliyimiz möhtəşəm sınaqlardan çıxdı və Ümummilli Lider Heydər Əliyevin sözləri tariximizə qızıl hərflərlə yazıldı: “Müstəqilliyimiz daimidir, əbədidir, dönməzdir!” Azərbaycan xalqı 1980-ci illərin sonlarından başlayaraq müstəqillik mübarizəsinə Heydər Əliyevin hələ sovet Azərbaycanına rəhbərliyi dövründə yaratdığı möhkəm təməllərdən güc alaraq başlamışdı.Ümummilli Lider ən çətin şəraitlərdə də cəsarətli addımları ilə maneələri yarır, xalqımıza öz mövqeyi ilə düzgün yol göstərirdi. Ümummilli Lider Heydər Əliyevin o illərdə xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışı dövlətimizin xilas anı idi. Bu qayıdışdan sonra müstəqilliyimizin ilk mərhələsindəki böhran tədricən aradan qalxmağa başladı. Ölkəni vətəndaş müharibəsi ilə təhdid edən qanunsuz silahlı birləşmələr tərk-silah olundu, ordu quruculuğunda ciddi addımlar atıldı, dövlətçiliyin əsasları qoyuldu, sabitlik təmin edildi. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu. Çox ciddi siyasi islahatlara başlanıldı, sivil siyasi sistem, vətəndaş cəmiyyəti ənənələri formalaşdırıldı. Azərbaycan beynəlxalq təcriddən çıxa bildi. Qonşularla ən son həddə qədər pozulmuş münasibətlər nizama salındı. Azərbaycanda iqtisadi islahatlar başladı,bazar iqtisadiyyatı prinsipləri bərqərar oldu. Xarici siyasət prioritetləri məhz həmin illərdə müəyyən edildi. Azərbaycan müasir dünyəvi dövlət kimi öz inkişafına başladı. Ölkəmiz tarixdə ilk dəfə olaraq Xəzər dənizində birgə işləməyi xarici investorlara təklif etdi. Azərbaycana milyardlarla dollar həcmində investisiya qoyuldu və respublikamız inkişaf etməyə başladı. Beləliklə, məhz o illərdə dövlətin gələcəyi ilə bağlı strateji addımlar atıldı və bu yolun nə qədər düzgün olduğunu indi tarix sübuta yetirir. Ulu Öndərin “Mən ona özüm qədər inanıram” əminliyinə söykənərək Azərbaycanın gələcəyini dövlət başçımız cənab  İlham Əliyevə etibar etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əvvəlki illərin bütün nailiyyətlərini qoruyaraq Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı möhkəm təməllər üzərində ölkəmizi milli dövlətçilik tarixinin ən möhtəşəm mərhələsinə yetirmişdir. 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın öz torpaqlarını düşməndən təmizləməsi, ərazi bütövlüyünü bərpa etməsi, işğalçı Ermənistanı kapitulyasiya aktına imza atmaq məcburiyyətində qoyması Ali Baş Komandan İlham Əliyevin adını milli dövlətçilik salnaməmizə Müzəffər Sərkərdə kimi əbədi yazması müstəqillik tariximizin ən möhtəşəm nailiyyətidir. Bu gün Azərbaycan qlobal siyasətdə qətiyyətli mövqe sahibidir. Ölkəmizi, Prezident İlham Əliyevi Azərbaycanın milli maraqlarından bir addım da olsun geri çəkilməyə məcbur etməyin mümkünsüzlüyünü indi bütün dünyada hər kəs anlayır. Bu mövqeyi güclü edən Azərbaycanın 30 ildə müstəqil yaşamağı bacarmasıdır. Bunun üçün bütün sosial-iqtisadi, mənəvi-siyasi şərtləri təmin edə bilməsidir. Azərbaycan heç kimdən asılı olmadan uğurla müstəqil həyat yaşaya biləcəyini, bunun üçün bütün imkanlara sahib olduğunu hər kəsə sübut edib. Bütün bunlar müstəqilliyimizin uğurlu nailiyyətləri, misilsiz töhfələridir.

Zərdab şəhər 1 saylı məktəb liseyin müəllimi- Çinarə Fərəcova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki