image-qanunla-reklam
image-w6vm8k3es_10

Uğurlu inkişafın nəticəsidir ki, ölkəmiz beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi bir məkana çevrilib

image-lady-day-az

Uğurlu inkişafın nəticəsidir ki, ölkəmiz beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi bir məkana çevrilib

 Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi, həyata keçirilən müstəqil xarici siyasət ölkəmizin nüfuzunun yüksəlməsini, beynəlxalq aləmə daha sıx inteqrasiyasını, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsini təmin edib. Bu uğurların nəticəsidir ki, bu gün ölkəmiz dünyada etibarlı tərəfdaş olaraq qəbul edilir, beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi bir məkana çevrilib. Belə mötəbər tədbirlərdən biri paytaxt Bakı şəhərində keçirilən Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsidir. İyunun 1-dən 4-dək davam edəcək Bakı Enerji Həftəsi öz brendi altında 3 böyük tədbiri birləşdirir. İyunun 1-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi zamanı Prezident cənab İlham Əliyev çıxış edərək qeyd etmişdir: Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Müstəqilliyimizin ilk illərində vəziyyət belə olmayıb. Həmçinin bildirmək istərdim ki, artıq 27-ci dəfədir keçirilən Xəzər Neft və Qaz Sərgi və Konfransı qlobal enerji şirkətlərinin o vaxt müstəqilliyini yenicə qazanmış, bir çox çətinliklərlə üzləşmiş, ərazisinin əhəmiyyətli hissəsi işğal olunmuş və bir çox çağırışlarla üzləşmiş Azərbaycana diqqətinin cəlb edilməsində çox əhəmiyyətli rol oynayıb.

 

Ələkbər Kərimov – Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki