image-qanunla-reklam
image-1656178061-1656137959_qeza1

Ucarda “Prado” aşdı – xəsarət alanlar var

image-lady-day-az

Ucarda 3 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qanunla.Az xəbər verir ki, hadisə bu gün Bakı-Qazax əsas magistralının Ucar rayonunun Qaracallı kəndindən keçən hissəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1951-ci il təvəllüdlü Rza Ələkbər oğlu Ələkbərovun idarə etdiyi “Toyota Prado” markalı minik maşını yoldan çıxıb və su arxına aşıb. Nəticədə Bakı şəhər sakinləri, 1957-ci il təvəllüdlü Salatın Yaqub qızı Qurbanova, nəvələri – 2010-cu il təvəllüdlü Ayan Tural qızı Ələkbərli və 2014-cü il təvəllüdlü Mədinə Tural qızı Ələkbərli aldıqları müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki