image-qanunla-reklam
image-1676353285_9b582882-e125-345e-8148-a0da2713f1b2

Ucarda mikroavtobus TIR-la toqquşdu – Ölən və yaralılar var

image-lady-day-az

Ucarda mikroavtobus TIR-la toqquşub, ölən və yaralananlar var.

“Qanunla.az” xəbər verir ki, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Cini kəndindən keçən hissəsində qeydə alınıb.

Şəmkir rayon sakini 1959-cı il təvəllüdlü Şəmistan Aqil oğlu İsayevin idarə etdiyi “Mersedes sprinter” markalı mikroavtobusla Abşeron rayon sakini, 1957-ci il təvəllüdlü Asif Balağa oğlu Hüseynovun idarə etdiyi TIR toqquşub.

Nəticədə 1 nəfər hadisə yerində ölüb. 3 nəfər – 1984-ci il təvəllüdlü Allahverdi Fizuli oğlu Haqverdiyev, 1972-ci il təvəllüdlü Şirin Pirverdi oğlu Ələkbərov və hələlik şəxsiyyəti məlum olmayan daha bir nəfər müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki