image-qanunla-reklam
image-1675798510-63e2a4b5a8f8963e2a4b5a8f8a167579768563e2a4b5a8f8763e2a4b5a8f88

Türkiyəyə davamlı dəstək verəcəyik – Böyük Britaniyanın Baş naziri

image-lady-day-az

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıb.

“Qanunla.az” xəbər verir ki, Rişi Sunak insan itkisi ilə bağlı prezident Ərdoğana dərin hüznlə başsağlığı verib və Böyük Britaniyanın davamlı dəstəyinə əmin edib.
Baş nazir təsdiq edib ki, 77 nəfərlik Britaniya axtarış-xilasetmə qrupu Türkiyə hökumətinin müraciətinə cavab olaraq bu gün xüsusi avadanlıq və itlərlə Qaziantepə çatıb və onlar dərhal xilasetmə işlərinə başlayacaq.

Prezident Ərdoğan Böyük Britaniyanın həmrəyliyinə görə Baş nazirə təşəkkür edib, beynəlxalq axtarış-xilasetmə qurupunun göndərilməsini və tibbi dəstəyi alqışlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki