image-qanunla-reklam
image-1618559488_ba838ff6d3a1f610ba7a1d7393446ce2_57053_39

Türkiyədən Lavrova cavab: “İstəsəniz sizə də “Bayraktar” sata bilərik…”

image-lady-day-az
Bugünlərdə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya Türkiyənin etdiyi kimi, özünün pilotsuz uçan aparatlarını (PUA) satmaqla Ukraynanın döyüşkənliyini təqdir etməyi məsləhət görmür – sonra da Ukrayna həmin PUA-larla Donbası bombalayacaq.
Anonimlik şərtilə, Türkiyənin yüksək məqamlı diplomatik mənbələri Rusiya XİN-ə cavab vermək qərarına gəlib. Cavab özünü çox da gözlətməyib və diplomatik mənbə bildirib: «Əgər Rusiya da zərbə PUA-ları almaq istəsə, biz ona da satarıq».
Dünyanın bir çox ölkələrinin diqqətini çəkən «Bayraktar TB2» zərbə pilotsuz uçan aparatları öz uğurları ilə Suriyada, Liviyada, Qarabağda münaqişə zonasında «balansları dəyişən» faktor kimi seçilib və bütün dünya ölkələrinin öz arsenalında olmasını arzu etdiyi silah sisteminə çevrilib, eyni zamanda ondan çəkinməyə başlanıb.
Mənbələr xəbər veriblər ki, Türkiyə özünün müdafiə sənayesi məhsullarını əldə etmək istəyən ölkələr və ya özəl şirkətlər arasında fərq qoymur: «Biz, oturub, danışırıq. Əgər şərtlərdə razılığa gələ biliriksə, satışı həyata keçiririk. Biz, başqa ölkələr kimi, ilkin şərtlər irəli sürmürük. Zərbə PUA-ları Rusiyaya və ya digər ölkəyə qarşı yönəlməyib. Əgər kimsə almaq istəsə, biz satırıq».
Türkiyədən 6 «Bayraktar TB2» PUA alan Ukrayna son günlər Rusiya ilə artan gərginlik fonunda həmin PUA-ları Dondass səmasına – Rusiya ilə Ukrayna arasındakı mübahisə zonasına göndərib. Ukrayna parlamentinin müdafiə və kəşfiyyat komitəsinin başçısı Yuri Mısyagin bildirib: «Bayraktar TB2» zərbə PUA-ları Donbass üzərində özünün ilk uçuşunu həyata keçirib və düşmən tərəfin mövqeyində «Pansir-S1», S-125 və «Tor» raket kompleksləri aşkar edib. Bundan sonra, Moskva Türkiyənin Kiyevə zərbə PUA-ları tədarük etməsini tənqidə məruz qoyub».
Bu «tənqid»in maraqlı tərəfləri istər-istəməz, diqqəti çəkir. Məsələn, uzağa getmədən, qeyd etmək yerinə düşərdi ki, Qarabağ münaişəsi illəri ərzində (30 ilə yaxın!) Ermənistanı təpədən-dırnağa qədər, həm də pulsuz-parasız ən müasir silahlarla təchiz edib, Azərbaycanın üzərinə qaldıran Rusiya indi Türkiyənin qonşu dövlət olaraq Ukraynaya PUA satmasını «qınamaqdan» çəkinmir.
Digər tərəfdən, hər dəfə yeri gəldi-gəlmədi Rusiyanın adından Türkiyəni «tənqid atəşinə tutan» və beləliklə də iki ölkə arasında münasibətləri korlamağa çalışan məhz erməni mənşəli Sergey Lavrov (Kələntəryan) olur. Türkiyəni məzəmmət etmək əvəzinə, yaxşı olardı ki, cənab Kələntəryan Azərbayanın «İskəndər-M» raketləri ilə bağlı sorğusuna cavab verəydi ki, bu raketlər Ermənistanın əlinə necə, hansı şəraitdə və hansı pulların əvəzində keçib, onları Azərbayan ərazisinə kimlərin «dobro»su əsasında atıblar?!(AzPolitika.info)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki