image-qanunla-reklam
image-1683967408-1044514116_0_0_1200_676_1920x0_80_0_0_8e4611658770abcbd1a63199e0a83911

“Türkiyədəki hər bir suriyalı dövlət qeydiyyatındadır” – Çavuşoğlu

image-lady-day-az

“Türkiyədəki hər bir suriyalı dövlət qeydiyyatındadır”.

Qanunla.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, qaçaq olaraq Əfqanıstandan gələnlərin belə 99%-i qeydiyyatdadır:

“Taliban gələndən sonra biz xeyli sayda əfqanlını geri göndərdik. Onlar özləri də geri getmək istədilər. Bu gün dünyanın ən böyük problemlərindən biri köç problemidir. Suriyadan olan ən çox qaçqın Türkiyədədir. Bizim məqsədimiz əvvəlcə onları təhlükəsiz bölgələrə geri göndərməkdir. Təhlükəsiz bölgələrdə yaşam sahələri quraraq onları geri göndərməkdir. Hazırda 550 min nəfəri geri göndərmişik. Bizə hazırda gələn qaçqınlar təhlükəli bölgələrdən gələnlərdir. Biz onların da geri qayıtması üçün yol xəritəsi üzərində çalışırıq. Amma onların həyati təhlükəsini də nəzərə almalıyıq. Burada Suriya rəhbərliyinin, Əsəd rejiminin də mövqeyi çox mühümdür. Biz Suriyada sabitlik və Suriyanın yenidən canlanmasını istəyirik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki