image-qanunla-reklam
image-1623082211-xestexana

Türkiyə vətəndaşı Azərbaycanda qəzada ÖLDÜ

image-lady-day-az

Azərbaycanda Türkiyə vətəndaşı ağır qəza nəticəsində ölüb.

Qanunla.az xəbər verir ki, hadisə iyunun 14-də saat 14 radələrində Göygöl rayonunun Hacıməlik qəsəbəsində baş verib.

Belə ki, Türkiyə vətəndaşı Mecit Bakir idarə etdiyi “Renault” markalı qoşqulu yük avtomobilini qarşıda gedən Gəncə şəhər sakini R.Abbasovun idarə etdiyi “KamAZ” markalı qoşqulu yük avtomobilinə vurub. Nəticədə M.Bakir hadisə yerində ölüb, digər sürücüyə isə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki