image-qanunla-reklam
image-1681937322_64404c508e91c64404c508e91d168193544064404c508e91764404c508e919

Türkiyə Rusiya ilə birgə inşa edəcək ikinci AES-in danışıqlarını bu il bitirəcək

image-lady-day-az

Türkiyə ilə Rusiya arasında Sinopda ikinci atom elektrik stansiyasının inşasına dair danışıqların ilkin mərhələsi bu il tamamlanacaq.

“Qanunla.az” xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz “TRT” kanalına müsahibəsində bildirib.

O, 2-3 il ərzində Sinop AES-nin təməlinin qoyulacağını hesab edir.

Bundan əlavə, nazir hazırda tikintisi davam edən və 27 apreldə rəsmi olaraq AES statusu alacaq “Akkuyu”nun 9 bal gücündə zəlzələyə qarşı dayanıqlı inşa edildiyini də vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki