image-qanunla-reklam
image-turk-ordusu

Türk ordusu İraqda şəhid verdi

image-lady-day-az

Türkiyə ordusunun İraqın şimalında keçirdiyi “Pəncə-Kilid” əməliyyatında bir hərbçisi həlak olub.

Qanunla.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Terrorçuların bölgəyə yerləşdirdikləri partlayıcı qurğunun işə düşməsi nəticəsində əsgər Həsən Çatal ​​şəhid olub, bir nəfər yaralanıb.

Həyatını itirən şəhidimizə Allahdan rəhmət, ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə başsağlığı və səbir diləyirik”, – məlumatda bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki