image-qanunla-reklam
image-1676273096-hh

“Trans Səbiş” iki dostu ilə birlikdə SAXLANILDI

image-lady-day-az

Kişinin videogörüntülərini sosial şəbəkədə yayacağı ilə hədələyib pulunu almaqda şübhəli bilinən 3 nəfər saxlanılıb.

Bu barədə Qanunla.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fevralın 10-da Xırdalan şəhərində 3 nəfərin Bakı şəhər sakini olan bir kişinin videogörüntülərini sosial şəbəkədə yayacağı ilə hədələyib 1350 manatını almaları barədə polisə məlumat daxil olub.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Qismət Soltanov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Xankərəm Umudov və Kənan Nağıyev müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla onların fevralın 7-də yaşadıqları evdə bir nəfəri nəfəri bıçaqla hədələyib mobil telefonunu, 850 manatını, “Instagram” sosial şəbəkəsindəki səhifəsini ələ keçirmələri, cari il yanvarın 15-də isə digər bir şəxsi döyərək 500 manatını və qızıl boyunbağısını quldurluq və hədə-qorxu ilə talamaları müəyyən olunub.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) və 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

Qeyd edək ki, Qismət Soltanov sosial şəbəkələrdə “Trans Səbiş” ləqəbi ilə tanınan şəxsdir. O, daha əvvəl də Nəsimi rayonunda binaların birində elektrik enerjisinin kəsilməsinə görə komendantın köşkünə bıçaqla hücum çəkmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki