image-qanunla-reklam
image-1635007256_bicaq-yeni

Tovuzda 36 yaşlı kişi qətlə yetirildi

image-lady-day-az

Mayın 5-i saat 18 radələrində Tovuz rayonu, Əyyublu kənd sakini 1986-cı il təvəllüdlü Bəxtiyar Əkbərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tovuz rayon prokurorluğundan “Qanunla.az”a verilən məlumata görə, aparılan araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1988-ci il təvəllüdlü Tural Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəxtiyar Əkbərovun ürək nahiyəsinə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Tural Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki