image-qanunla-reklam
image-1684387300_997363066_0_126_2500_1532_1920x0_80_0_0_fa3aa160ece8d5a55e710bc397592c0d

Təyyarə qəzasında itkin düşən 4 uşaq 17 gündən sonra sağ tapıldılar

image-lady-day-az

Kolumbiyada “Cessna 206” təyyarəsinin qəzaya uğramasından 17 gün sonra itkin düşən 4  uşaq cəngəllikdə sağ tapılıb. 

“Qanunla.az” xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə ölkə rəhbəri Qustavo Petro məlumat yayıb.

“Biz Quaviarda təyyarə qəzasında itkin düşən dörd uşağı sağ-salamat tapdıq. Ölkə üçün sevinc”, –  Petro “Twitter”də yazıb.

Qeyd edək ki, mayın 1-də “Cessna 206” təyyarəsi radarlardan itib. 370 saatlıq axtarışdan sonra təyyarənin qalıqları meşəlik ərazidə aşkar edilib. Təyyarənin qəzaya uğraması nəticəsində  2 pilot və  uşaqların anası həyatlarını itirib. Səlahiyyətlilər hadisədən sonra dörd azyaşlının axtarışına başlayıb.

Uşaqların yaşı 13, 9, 4 və  11-dir.  Yerli mətbuat onların hazırda təhlükəsiz yerdə olduğunu bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki