image-qanunla-reklam
image-638028499845568296

Təxirəsalınmaz məsələlər

image-lady-day-az

Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla görüşü olmuşdur. Bu görüşün əsas məqsədlərindən biri də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, həmin regionlarda sülhün, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi məsələsi idi. Həmçinin gələcəkdə “Qarabağ Münaqişəsi“-nin 10 Noyabr bəyannaməsi əsasında üçtərəfli həllinə sadiqlik nümayiş etdirməkdir.

Cənab Prezident İlham Əliyevin 31 oktyabr tarixli Soçi səfərində humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səyləri göstərmək barədə də razılaşma əldə olunmuşdur. Soçi görüşündə bir daha Azərbaycanın ərazi bütövlüyü tanınmış, Qarabağın heç bir status almadan Azərbaycanın tərkib hissəsi olduğu vurğulanmışdır.

Əsas məqamlardan biri də bəyanatda regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işlərinin fəal aparılmalı olduğu öz əksini tapmış və Rusiya Federasiyasının buna hər vasitə ilə kömək göstərəcəyi bildirilmişdir. Ən böyük uğurlardan biri Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin öz mövqeyini Rusiya prezidenti Vladimir Putinlə görüşdə açıq şəkildə bəyan etməsi idi.

“Qarabağ münaqişəsi artıq bitmişdir. Yeni sülh müqaviləsi Azərbaycanın təklif etdiyi 5 əsas şərt əsasında imzalanmalıdır”! cənab Prezident qeyd etmişdir.

Bütün bunlar onu göstərir ki, oktyabrın 31-də keçirilmiş Soçi görüşü və imzalanmış üçtərəfli bəyanat ölkəmizin növbəti uğuru olmaqla yanaşı, bizi sülh müqaviləsinə hər addımda yaxınlaşdırmışdır.

 

Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbin müəllimi- Rüstəmova Aliya


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki