image-qanunla-reklam
image-1675923523_3f41565d-5428-48de-8bd2-d22b9b2094a8_w1080_h608

Tayvan prezidenti maaşını Türkiyəyə bağışlayacaq

image-lady-day-az

Tayvan prezidenti Tsai İnq-ven və vitse-prezident Uilyam Lai aylıq maaşlarını Türkiyəyə bağışlayacaqlarını bildiriblər.

“Qanunla.az” BBC-yə istinadən xəbər verir ki, bu, zəlzələdən zərərçəkənlərə maddi yardım olaraq veriləcək.

“Tayvan Türkiyəyə ölkənin yenidən qurulmasına kömək etmək üçün üzərinə düşəni etməyə hazırdır”, –  deyə bəyanatda deyilir.

Tayvan daha əvvəl Türkiyəyə 2 milyon dollar yardım  və axtarış-xilasetmə işləri üçün iki qrup göndərib. Tayvan komandasının rəhbəri Huanq Po Çun xatırladıb ki, 1999-cu ildə Tayvanda baş verən zəlzələdən sonra Türkiyədən onlara kömək etmək üçün komandalar gəlib.

Çun Türkiyəyə göstərdikləri köməyə görə təşəkkür edərək, “İndi gəldik. 1999-cu ilin təşəkkürü olaraq buradayıq. Axtarış-xilasetmə işlərini türk qrupları sayəsində öyrəndik”., – deyə vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki