image-qanunla-reklam
image-dy1

Tanınmış vəkil DYP-yə müraciət etdi

image-lady-day-az

Tanınmış vəkil Vamiq Şükürov Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edib.

Qanunla.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Bakı şəhərində Ziya Bünyadov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində Ziya Bünyadov küçəsindən gələn avtomobillər sağdakı şəkildə görünən işarəyə görə Azadlıq prospektindən keçən avtomobilləri gözləməlidirlər. Lakin həmin işarə küncdə olduğu üçün Ziya Bünyadov küçəsindən gələn avtomobillər bəzən həmin işarəni görmür, soldakı şəkildə görünən işarəni səhvən icazə verən işarə kimi qəbul edib xəta törədirlər. Taksi sürücüsünün verdiyi məlumata görə təxminən iki gün əvvəl bu səbəbdən hadisə olub. Mümkündürsə, bu məsələ yoxlanılardı”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki