image-qanunla-reklam
image-susa-beyyanname

Şuşa  bəyannaməsinin  əhəmiyyəti

image-lady-day-az

Şuşa  bəyannaməsinin  əhəmiyyəti.

44 günlük vətən müharibəsindən sonra Türkiyənin Cənubi Qafqazdakı rolu haqqında səslənən fikirlərə, müzakirələrə də Şuşada cavab verildi. Artıq Türkiyə Cənubi Qafqaz regionunda iki böyük gücdən biri hesab edilir. 15 iyun 2021-ci ildə Qarabağın siyasi mərkəzi olan Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında müttəfiqlik haqqında Bəyannamə imzalanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi ilə Azərbaycan və Türkiyə  arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir.15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar.

44 günlük müharibədə dağıdıcı qüvvəni tərksilah etdikdən sonra region yeni nəfəs almağa başladı və durmadan dünyaya açılır. Beləliklə, Qafqazın tarixi yenidən yazılır. Həqiqətən də burada iki qardaş ölkənin xidmətləri misilsizdir. Faktiki olaraq sağlam qüvvələrin hamısı bu prosesi təqdirlə qarşılayır çünki həm müharibəyə son qoyuldu, həm faşizmin başını kəsdik. Kommunikasiyalar, tranzitlər, insanların gediş gəlişləri, resursların mübadiləsi və s. açılır. İkinci Qarabağ savaşından sonra ölkəmizin çoxsaylı uğurları olub və hələ bu yolun ortalarıdır.

Bu müttəfiqlik Bəyannaməsini Azərbaycan cəmiyyəti ilə yanaşı Türk dövlətləri, dost dövlətləri, eyni zamanda işğalçı Ermənistan və onun arxasındakı güclər, bölgədə maraqları  olan güclər də izləyirdi. İşğaldan azad edilmiş torpaqlarımızda, Türkiyə-Azərbaycan bayraqlarımızın birgə dalğalandığı Şuşada qardaş ölkə prezidentləri arasında imzalanan bu müttəfiqlik Bəyannaməsi əslində dünyada analoqu olamayan Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyə doğru sürətli inkişafını özündə əks etdirir. Bu Bəyannamə Azərbaycan-Türkiyə arasında əməkdaşlığı gücləndirməklə yanaşı türk dövlətləri arasında əlaqələri, əməkdaşlığı  da gücləndirəcək təkanverici qüvvədir.

 

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin  elmi işçisi -Tavad Qurbanova 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki