image-qanunla-reklam
image-media-b17421ba-10e4-39f1-9dc5-e9821a62e903_824-jgwqytp2ikn873ubolf1

Şuşa Bəyannaməsin iqtisadi əhəmiyyəti

image-lady-day-az

Şuşa Bəyannaməsin iqtisadi əhəmiyyəti.

Şuşa Bəyannaməsi 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış bəyannamə. Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 İyun – Milli Qurtuluş Günündə imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” ilə bu yaxınlığın, birliyin, doğmalığın, dostluğun və qardaşlığın yeni – qızıl dövrü başladı. Əminliklə deyə bilərəm ki, bu mühüm tarixi sənəd iki qardaş dövlətin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və qlobal rolunu, çəkisini daha da artıracaq. Şuşa Bəyannaməsi Türkiyə – Azərbaycan əlaqələrini rəsmən müttəfiqlik səviyyəsinə qaldırdı. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının möhkəmləndirilməsində bütün imkanların birləşdirilməsinə, eləcə də, müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən bu bəyannamə iki qardaş ölkənin – Azərbaycan və Türkiyənin başçılığı altında yeni regional geosiyasi düzənin qurulmasının başlanğıcıdır.

Şuşa Bəyannaməsi əhatəli sülhə yol açır. Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır. Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaqdır. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaqdır. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılacaq.

Eşqin Məmmədov  – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi

 

 

Bəyannamə strateji əməkdaşlığın perspektivini təmin edir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərliyi ilə Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyənnaməsinin iki ölkə arasında münasibətlərin inkişafında xüsusi rolu vardır. 15 iyun 2021-ci il tarixdən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Bəyənnamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə bir-birini qoruyacaqlar.

44 günlük Vətən müharibəsində işğalçı qüvvəni tərksilah etdikdən sonra region yeni nəfəs almağa başladı. Həqiqətən də burada iki qardaş ölkənin xidmətləri misilsizdir. Faktiki olaraq sağlam qüvvələrin hamısı bu prosesi təqdirlə qarşılayır çünki həm müharibəyə son qoyuldu, həm də yeni imkanlar, kommunikasiyalar, tranzitlər, insanların gediş-gəlişləri və s. açılır. Türkiyə Azərbaycan münasibətləri elə bir geosiyasi amilə çevrilib ki, artıq dünya da onunla həm razılaşır, həmdə bəyənir.

XX əsrin əvvəllərində Türkiyə Cümhuriyyətinin qurucusu, böyük Lider Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”demişdir. Ümumilli Lider Heydər Əliyev də XX əsrin sonunda Azərbaycan Respublikası müstəqilliyini təkrar qazananda “Türkiyə və Azərbaycan bir millət iki dövlətdir” demişdir. Bu fikirləri ilə Öndərlərimiz əslində gələcəyə doğru yolumuzu göstərmişdilər. Bu müttəfiqlik bəyənnaməsini Azərbaycan cəmiyyəti ilə yanaşı Türk dövlətləri, dost dövlətlər, eyni zamanda işğalçı Ermənistan və onun arxasındakı güclər, bölgədə maraqları olan güclər də izləyirdi.

İşğaldan azad edilmiş torpaqlarımızda, Türkiyə-Azərbaycan bayraqlarımızın birgə dalğalandığı Şuşada qardaş ölkə Prezidentləri arasında imzalanan bu müttəfiqlik Bəyənnaməsi əslində dünyada analoqu olmayan Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyə doğru inkişafını özündə əks etdirir. Bu Bəyənnamə Azərbaycan -Türkiyə arasında əməkdaşlığı gücləndirməklə yanaşı Türk dövlətləri arasında əlaqələri, əməkdaşlığı da gücləndirəcəkdir.

Kəmalə Məmişova – Zərdab rayonu Bıçaqçı kənd tam orta məktəbinin direktoru

 

 

Şuşa Bəyannaməsi sülhə və inteqrasiyaya yol açır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoymuşdur. Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” qardaşlığın rəmzi olan bir Bəyyannamədir. Bu Bəyannamə iki qardaş ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırmışdır.

Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir. Şuşa Bəyannaməsi müttəfiqliyimizin geostrateji əhəmiyyətini daha da artırıb. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin etmək məqsədini güdür. Azərbaycan–Türkiyə münasibətlərinin bu şəkildə inkişafı dostlarımızı sevindirir, ölkəmizin güclənməsini, rifahını və təhlükəsizliyini istəməyənləri isə məyus edir. Ən vacib məqam isə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə müdafiə addımlarının atılmasıdır.

Biz əminik ki, regionun güclü, strateji tərəfdaş, qardaş olan dövlətlərinin birliyi bundan sonrakı dövrdə də davam edəcək və bu regionda başqa xülyalara düşməyə çalışan qüvvələr qarşılarında güclü Azərbaycanı və Türkiyəni görəcəklər.

İlahə Mustafayeva – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin müəllimi

 

 

Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır.

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi. 2021-ci il Azərbaycanda 15 İyun – Milli Qurtuluş Günü tamamilə fərqli bir ab-havada qeyd edildi. Torpaqlarımızın işğaldan azad edilməsindən, ədalətin bərpasından sonra ilk dəfə dövlətçilik tariximizin şanlı səhifəsi olan Milli Qurtuluş Gününü Zəfər ruhunda azad Qarabağda, azad Şuşada qeyd etdik. Şuşa Bəyannaməsinin imzalanmasının məhz Milli Qurtuluş Gününə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var idi. Bu tarixin təkrarlanmasının və oxşar hadisələrin yenidən baş verməsinin şahidi olduq.

Bəyannamədə əksini tapan müddəalar geniş şəkildə şərh olunur, qarşıdakı dövrdə Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı üçün yaradılan imkanlar diqqətə çatdırılır. Azərbaycan-Türkiyə münasibətləri həqiqətən də daim dünyaya nümunə olub. Bu birlik bölgədə sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilir. Hər iki qardaş ölkənin siyasi iradəsi, qətiyyəti əsasında reallaşan qlobal və regional layihələr dövlətlər, xalqlar arasında dostluq körpüsü kimi dəyərləndirilir. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcəkdir.

“Azərbaycan tək deyil” mesajını dünyaya ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinin imzalanması zamanı hətta Şuşada ölkəsinin Baş konsulluğunun açılacağını da bəyan etdi. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə bir-birlərinə hərbi-siyasi dəstək verəcəklər.

Dünyaya örnək olan Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının sarsılmazlığını təsdiqləyən xeyli sayda faktlar sadalamaq olar. Gələcəkdə dərsliklərə salınacaq Şuşa Bəyannaməsi bu qardaşlığın mühüm tarixi hadisə kimi yaddaşımıza həkk olunmasında və təbliğində əhəmiyyətli rol oynayacaq .

Xalide Polad – Zərdab rayonu Şəftəhal kənd tam orta məktəbinin müəllimi

 

 

Bəyannamə ölkəmizin beynəlxalq nüfuzunu artırır.

Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında münasibətlərlə məhdudlaşmır. Gələcəkdə türk dövlətləri arasında da çox gözəl bir nümunə kimi böyük inam formalaşdırır. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 44 günlük müharibədən sonra 2021-ci ilin 15 iyun tarixində məhz Şuşada imzaladıqları tarixi Bəyannamənin yüz illiklər, min illiklər keçdikcə əhəmiyyəti daha da qabarıq şəkildə özünü göstərəcək. Bu, hər  iki dövlətin tarixində şanlı, şərəfli səhifələrdən biridir.

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkəmizin birliyini  nümayiş etdirir. Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Şuşa Bəyannaməsi əhatəli sülhə yol açır. Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır. Dövlətlərin beynəlxalq təhlükəsizlik sisteminə müasir şərtlər daxilində yeni yanaşmaları tələb olunur. Yaxın Şərqin bir çox dövlətlərində gedən dağıdıcı proseslərdən bir daha bunun şahidi oluruq. Bu baxımdan Azərbaycan və Türkiyənin vahid mövqedən çıxış etməsi hər iki dövlətin, eyni zamanda dini, milli, etnik, dil bağlılığımız olan türk dövlətlər birliyinə güc qatmış oldu.Şuşa Bəyannaməsi ilə həm insan resursları, həm təbii resursları, iqtisadi potensialı olan böyük bir coğrafiyada qlobal təhdidlərə qarşı ən effektiv şəkildə mübarizə təmin edilmiş olur.

Çinarə Fərəcova – Zərdab şəhər 1 saylı məktəb-liseyin müəllimi

 

 

Bəyannamə Ermənistandakı revanşist qüvvələrə mühüm ismarışdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən 15 iyun 2021-ci ildə Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi 2022-ci ilin fevral ayının 1-də Azərbaycan Parlamenti tərəfindən ratifikasiya olunubdur. Bu sənəddə diqqəti cəlb edən və hər iki ölkə tərəfindən dəyərləndirilən, xalqlarımız tərəfindən alqışlanan mühüm məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə əlaqədardır. Sənəddə qeyd edildiyi kimi, əgər bu iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edilərsə onlar bir-birini qoruyacaqlar. Əlbəttə bu, hər iki ölkə üçün çox vacibdir. Çünki istər Azərbaycan istərsə də Türkiyə uzun müddətdir ki, erməni təcavüzündən, eləcə də ermənipərəst dövlətlərin təsirlərindən əziyyət çəkir. Azərbaycan torpaqları 30 il düşmən əsarətində qaldı, şəhər və kəndlərimiz tarımar edildi, milyondan çox vətəndaşımız əzablı günlər yaşadı, minlərlə dinc sakin öldürüldü, yaralandı, şikəst edildi. Azərbaycan xalqı öz Prezidenti ətrafında birləşərək torpaqları azğın düşməndən təmizlədi, erməni təcavüzkarları torpaqlarımızdan çıxarıldı. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin düşünülmüş siyasəti, qətiyyəti, ordumuzun şücaəti, xalqımızın birliyi sayəsində əldə edilmiş bu qələbədə Türkiyə və türk xalqı daimi bizə mənəvi dəstək oldu, qələbəmizə sevindilər, zəfərimizi alqışladılar. Bununla bərabər türk vətəndaşları, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsini imzalamaqla ən çətin günlərdə Azərbaycanın yanında olacağını rəsmən elan etdilər və buna qol qoydular. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.

Artıq Türkiyə Böyük Millət Məclisi də Şuşa Bəyannaməsini təsdiqləyib. Bu tarixi bir hadisədir və xalqlarımızı qürurlandırır, gücümüzü artırır, birliyimizi möhkəmləndirir və dövlətlərimizi daha böyük uğura aparır”. Biz birlikdə güclüyük! Yaşasın Azərbaycan – Türkiyə qardaşlığı.

Rasif Qaçayev  – Zərdab rayonu Gəlmə kənd tam orta məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki