image-qanunla-reklam
image-2273121

Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaqdır

image-lady-day-az

Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaqdır

 

Bu gün həm Azərbaycanın, həm də Türkiyənin şəhər və bölgələrində, küçə və meydanlarında qoşa dalğalanan Azərbaycan və Türkiyə bayraqlarının görüntüsü hər birimizin qəlbini qürur və iftixar hissi ilə doldurur. Tarix boyu ölkələrimiz və xalqlarımız arasında mövcud olmuş bağlılıq, dostluq və qardaşlıq münasibətləri 2021-ci ilin iyun ayının 15-də, iyirmi səkkiz illik işğaldan sonra rəşadətli ordumuz tərəfindən azad olunmuş Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış Bəyannamə ilə yeni strateji mərhələyə yüksəldi. Artıq Azərbaycan-Türkiyə münasibətləri sadəcə bir-birinə milli-mədəni, tarixi və dini köklərlə bağlı olan iki qardaş xalqın arasında uzun illər ərzində formalaşmış və möhkəmlənmiş dostluq əlaqələri deyil. Bu gün artıq Azərbaycan və Türkiyə strateji müttəfiqlərdir. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ilə ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri beynəlxalq hüquqa uyğun qaydada tam rəsmiləşdi. Əlbəttə ki, bu, çox böyük bir tarixi nailiyyətdir.

Şuşa Bəyannaməsi Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının strateji müttəfiqlik konsepsiyasına çevrilməsinin bariz təcəssümü oldu. Bundan sonra ölkələrimiz bir-birinin təhlükəsizliyini təmin edəcək, ordu quruculuğu işində və müdafiə sənayesinin inkişafı kimi məsələlərdə daha sıx, daha səmərəli əməkdaşlıq edəcəklər. Bu isə həm Azərbaycanın, həm də Türkiyənin hərbi qüdrətinin daha da artmasına səbəb olacaq.

 

Dayangül Vəliyeva Zərdab rayon İsaqbağı kənd tam orta məktəbin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki