Suriyalı əsgərləri daşıyan avtobus Dəməşqdə Masakin əl-Xaras bölgəsindəki ordu yataqxanasının qarşısında partladılıb.
Qanunla.Az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Qeyd olunur ki, terror aktı nəticəsində ölən və yaralananlar var. Onların sayı hələ ki, açıqlanmır.