image-qanunla-reklam
image-download

Suriya işğal edilən Ukrayna ərazilərini Rusiya kimi tanıdı

image-lady-day-az

Dəməşq Donetsk və Luqansk Xalq Respublikaları, Xerson və Zaporojye vilayətlərinin ilhaqından sonra Rusiyanın yeni sərhədlərini də tanıyacaq. 

“Qanunla.az” xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd “RİA Novosti” agentliyinə müsahibəsində deyib.

Suriya liderinin sözlərinə görə, ölkəsinin bu məsələdə mövqeyi aydın və qətidir və tarixi faktlara əsaslanır.

Əsəd bu ərazilərin təxminən 100 il əvvəl Ukraynaya verildiyini və Rusiya vətəndaşlarının orada yaşadığını xatırladıb. O, həmçinin Suriyanın bu bölgələri hələ Rusiyaya qoşulmamışdan əvvəl tanıdığını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki