image-qanunla-reklam
image-1662443708_febf817

Sumqayıtda çoxmərtəbəli binada yanğın olub

image-lady-day-az

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.

Bu barədə “Qanunla.az”a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 30 m² olan mənzildə 1 ədəd kondisioner, 1 ədəd televizor və ev əşyaları qismən yanıb. Yüksək temperaturdan 3 ədəd qapı qarsalanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki