image-qanunla-reklam
image-1657487126-62cb22982af10722a4cc8374

Şri-Lankada etirazlara görə, nazir istefa verdi

image-lady-day-az

Şri-Lankanın investisiyaların təşviqi naziri Dhammika Perera ölkədə davam edən etirazlar fonunda istefa verib.

“Qanunla.az” xəbər verir ki, Cənubi Asiya ölkəsi olan Şri-Lankada etirazlardan sonra ölənin investisiyaların təşviqi naziri Dhammika Perera da istefa ərizəsini prezident Qotabaya Rajapaksa təqdim edib.

İstefa məktubunu sosial media hesabında paylaşan Perera, Şri-Lankanın iqtisadi sabitliyi təmin etmək və ölkənin ehtiyacları üçün bir həll yolu təyin edib həyata keçirmək üçün sürətli hərəkət etməli olduğunu bildirib.

İyunun 24-də İnvestisiyaların Təşviqi naziri vəzifəsinə təyin olunan Perera bu vəzifəni ölkəsinə və ölkənin iqtisadi vəziyyətinə olan sevgisinə görə qəbul etdiyini və hər zaman ölkəsinin mənafeyindən çıxış etdiyini bildirib.Şri-Lanka Parlamentinin sədri Mahinda Yapa Abeyvardena bildirib ki, qəzəbli etirazçılar prezident Qotabaya Rajapaksanın prezident iqamətgahına basqın edib, baş nazir Ranil Vikremesinqhenin evini yandırdıqdan sonra Rajapaksa çərşənbə günü istefa verəcək. Sosial media hesabından paylaşım edən Baş nazir Vickremesinghe, “Hökumətin davamlılığını, o cümlədən hamının təhlükəsizliyini təmin etmək üçün bütün partiyaların iştirakı ilə qurulacaq hökumətlə bağlı partiya liderlərinin tövsiyələrini qəbul edirəm. Bunu asanlaşdırmaq üçün istefa verəcəm”-deyə bildirib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki