Rusiya müdafiə naziri Sergey Şoyqunun keçmiş müavini, general-polkovnik Mixail Mizintsev “Vaqner” özəl hərbi şirkətinin komandir müavini olub.

“Qanunla.az” rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyası Müdafiə Nazirinin qoşunların maddi-texniki təminatı məsələləri üzrə müavini vəzifəsindən o, Mərkəzi Hərbi Komissiyasının “Vaqner” komandirinin müavini vəzifəsini tutub.

Belə  ki, Mizintsev yeni vəzifəsində təyin olunduqdan sonra “Vaqner” döyüşçülərinin əlavə təlim düşərgələrindən birinə baş çəkib.

Qeyd edək ki, general-polkovnik Mixail Mizintsev aprelin 27-də Rusiya müdafiə nazirinin müavini vəzifəsindən kənarlaşdırılıb.