image-qanunla-reklam
image-1684995886_243455_nsocoi3hiu

Şoyqu Belarusa getdi

image-lady-day-az

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Minskə gedib. 

Qanunla.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı nazirlər kollektiv təhlükəsizlik regionlarında hərbi təhlükəsizliyə çağırış və təhdidləri, təşkilatın formatında böhrana cavab sisteminin təkmilləşdirilməsi məsələlərini, habelə qarşılıqlı maraq doğuran mövzuları müzakirə edəcəklər.

Bildirilib ki, iclasda KTMT-yə üzv dövlətlərin müdafiə nazirləri, təşkilatın baş katibi və Birləşmiş Qərargah rəisinin iştirakı nəzərdə tutulub.

KTMT-yə altı ölkə – Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki