image-qanunla-reklam
image-1675322370_sony-reuters-1988698_2

“Sony”nin prezidenti istefa verdi

image-lady-day-az

“Sony”nin prezidenti 63 yaşlı Yoşida Keniçiro istefa verib. 

“Qanunla.az” xəbər verir ki, bu  barədə Yaponiya şirkəti bəyanat yayıb. Bildirilir ki, “Sony”nin Baş Maliyyə Direktoru (CFO), 58 yaşlı Totoki Hiroki  aprelin 1-dən “Sony”nin prezidenti vəzifəsinə təyin ediləcək.

Bu sədr dəyişikliyi Yaponiya şirkəti üçün son 5 ildə ilk dəfə olacaq.

Qeyd edilib ki, yeni təyinat qərarı ilə “Sony” elektrik avtomobil sektorunda, eləcə də mövcud elektronika, oyun və film sektorlarında böyüməyi hədəfləyəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki