image-qanunla-reklam
image-5f435697e6372-2ggj0p9khqey64z

Son illər Azərbaycanın nüfuzu dünyada birə-beş artıb

image-lady-day-az

Azərbaycan Qoşulmama Hərəkatında 2019-cu ildə öz üzərinə götürdüyü və 120 dövlətin yekdil qərarı ilə daha bir il – 2023-cü ilədək uzadılmış sədrliyini başa çatdırır.

 Son illər Azərbaycanın nüfuzu dünyada birə-beş artıb. Belə ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla strateji əməkdaşlıq edirlər. Dünyanın 120 dövləti arasında səmərəli əməkdaşlıq əlaqələri Qoşulmama Hərəkatına Azərbaycan sədrlik edən dövrdə daha uğurlu olmuşdur. 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatına sədrliyinə başladı və Sədrlik müddəti yekdil qərarla daha bir il uzadıldı. Qoşulmama Hərəkatına Azərbaycanın ev sahibliyi etməsi zamanı ölkəmizin Prezidenti Azərbaycanın sədrliyi dövründə həmişə beynəlxalq hüququ və ədaləti dəstəkləyəcəyini xüsusilə vurğuladı. O gündən keçən müddət ərzində ölkəmizə olan etimadın yerində olması özünü sübut etdi. Belə ki, hərəkatın sədri kimi Azərbaycan fəal surətdə çoxtərəfli diplomatiyanı təşviq edərək dünya birliyi tərəfindən alqışlanır. 2020-ci ilin mayında onlayn keçirilən sammitdə qəbul edilən qətnamələrin sayəsində həyata keçirilən kütləvi vaksinasiya ölkələri bu təhlükədən sovuşdurdu.

Cənab Prezident İlham Əliyev 9 mart tarixində “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda qeyd etdi ki, “Azərbaycan bir az passiv Qoşulmama Hərəkatını canlandırmağa çalışdı. Bu məqsədlə biz beynəlxalq tədbirlər və üç Zirvə toplantısı təşkil etdik. Biz COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı olduq. Biz fəal çalışaraq pandemiya ilə mübarizə sahəsində məlumat bazasının yaradılmasına nail olduq ki, daha sonra o, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi. Biz Zirvə toplantılarından birini pandemiya ilə mübarizəyə həsr etdik. Biz pandemiyanın ilk aylarında peyvənd millətçiliyinə və peyvəndlərin qeyri-bərabər paylanılmasına etiraz səsimizi ucaltdıq. Biz COVID-19-dan sonrakı dövr məsələsinə diqqət yönəltdik. Bununla yanaşı, biz əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım etdik. Biz koronavirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə etdik. Biz Qoşulmama Hərəkatının institusional inkişafını təmin etməyə çalışdıq. Bu məqsədlə Qoşulmama Hərəkatının 60 illik tarixində ilk dəfə ölkəmizin təşəbbüsü ilə Parlament Şəbəkəsi yaradıldı”.

İnanırıq ki, AZƏRBAYCAN həmişə gözəl, heyrətamiz addımları ilə dünyada özünə daha çox tərəfdaşlar toplayacaq!!!

 

Səliqə İsmayılova – Zərdab şəhər 1 nömrəli məktəb liseyin direktor müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki