image-qanunla-reklam
image-1658732926_olaf-scholz-va-britta-ernst-re-7008-2917-1639031718

Şoltsun həyat yoldaşı məxfi sənədləri zibil qutusuna atdı

image-lady-day-az

Almaniya kansleri Olaf Şoltsun həyat yoldaşı Britta Ernst G7 sammitinin məxfi sənədlərini zibil qutusuna atıb.

“Qanunla.az” “Spiegel”a istinadən xəbər verir ki, Brandenburq əyalətinin təhsil naziri Britta Ernst Şoltsun işi ilə bağlı bəzi kağızları atıb. Çox keçməyib ki, G7 sammitinin məxfi sənədləri olan kağızlar Şoltsun qonşuları tərəfindən aşkar edilib.

Atılanlar arasında “yalnız şəxsi-rəsmi istifadə” kimi təsnif edilən və G7 ölkələrinin liderlərinin və onların həyat yoldaşlarının xüsusiyyətlərinə aid sənədlər də olub.

Məxfi sənədlərin ciddi qaydalara tabe olduğu Almaniyada “rəsmi istifadə üçün” möhürü olan sənədlər məhv edilməlidir ki, onların məzmunu görünməsin və geri qaytarılması mümkün olmasın.

ABŞ, Almaniya, İngiltərə, Kanada, Fransa, İtaliya və Yaponiyadan ibarət G7 ölkələrinin liderləri Almaniyanın ev sahibliyi ilə iyunun 26-28-də əyalətdəki Elmau sarayında keçirilən G7 Sammiti çərçivəsində bir araya gəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki