image-qanunla-reklam
image-1679689481_ce8da0824308fed46f0ad4560877f910

Şərq İqtisadi Forumu yenidən təxirə salındı

image-lady-day-az

Şərq İqtisadi Forumu yenidən təxirə salınıb.

“Qanunla.az” xəbər verir ki, Forum 10-13 sentyabr 2023-cü il tarixlərində baş tutacaq.

Baş nazirin müavini və prezidentin Uzaq Şərq üzrə nümayəndəsi Yuri Trutnevin sözlərinə görə, yenilənmiş tarixlər beynəlxalq tədbirlərin cədvəlləri nəzərə alınmaqla təsdiq edilib.

Onun sözlərinə görə, Vladivostokdakı platforma Uzaq Şərq və Rusiya, eləcə də Asiya-Sakit okean regionu ölkələrinin siyasi liderlərini, sahibkarlarını və ictimai təşkilatların nümayəndələrini bir araya gətirir.

Forumda digər məsələlərlə yanaşı, qarşılıqlı fəaliyyət perspektivlərinin, yeni investisiya layihələrinin, ərazilərin, nəqliyyat-logistika dəhlizlərinin və infrastrukturun inkişafı, həmçinin turizm sahəsində əməkdaşlığın inkişafı məsələlərinin müzakirəsi planlaşdırılır.

Bundan əvvəl məlumat verilmişdi ki, 2023-cü ildə Şərq İqtisadi Forumunun sentyabrın 5-8-də Vladivostokdakı Uzaq Şərq Federal Universitetinin kampusunda keçirilməsi planlaşdırılır. Daha sonra tədbir sentyabrın 12-15-nə təyin edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki