image-qanunla-reklam
image-1690180706-62373a0649832

Sərnişin avtobusları toqquşub, xəsarət alanlar var

image-lady-day-az

Bakıda iki sərnişin avtobusu toqquşub.

“Qanunla.az” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, bu gün saat 09:25 radələrində Xocasən şosesinin Binəqədi rayonu ərazisindən keçən hissəsində iki sərnişin avtobusu toqquşub.

“İsuzu” markalı avtobus eyni istiqamətdə qarşıda sərnişin mindirmək üçün dayanan eynimarkalı avtobusa çırpılıb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb, ölüm və ağır xəsarət halı yoxdur.

Hazırda faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki