Türkiyəli aparıcı Seren Serengilin sevgilisi Mustafa Tohmanın zəlzələ nəticəsində dağıntılar altında qalan anası həlak olub.

“Qanunla.az” xəbər verir ki, bu barədə aparıcı “Instagram” hesabında paylaşım edib. “Tohmanın anası həyatını itirdi. Hataydakı zəlzələdə evləri çökmüşdü. Atasını dağıntılar altından xilas etmək mümkün olsa da, mələk anası dayana bilmədi. Allah hər kəsə səbr versin”.

Bildirək ki, ötən gün aparıcı sevgilisinin ailəsinin dağıntılar altında olduğunu bildirərək, yardım istəmişdi.