image-qanunla-reklam
image-1682106580-abs-he-1644055928

Serbiya ordusu ABŞ hərbçiləri ilə birgə təlim keçirir

image-lady-day-az

Serbiya ordusunun zabitləri ABŞ-ın Avropa Komandanlığı (EUCOM) ilə birgə taktiki təlim kursu keçir.

“Qanunla.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Serbiya Müdafiə Nazirliyi bildirib.

Kurs Serbiya Ordusunun Baş Qərargahının Mülki-Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən təşkil olunub.

İdarədən bildirilib ki, gələn həftə “Cənub” bazasında və “Borovats” poliqonunda dərslər keçiriləcək. Təlimlərin əsas məqsədi mülki-hərbi əməkdaşlıq məsələləri ilə məşğul olan zabitləri və kiçik komandirləri sülhməramlı əməliyyatlarda tapşırıqları yerinə yetirmək üçün hazırlamaqdır.

Bundan əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsinin NATO üzvü olan ölkələrlə hərbi təlimlər keçirməsinin səbəbini açıqlayıb.

Vuçiç Serbiyanın neytral ölkə olaraq qaldığını və hərbi bloklara qoşulmaq niyyətində olmadığını vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki