image-qanunla-reklam
image-16810452104466548368_1200x630

Şəmkir rayonunda qəsdən adam öldürmə cinayəti üzrə təqsirləndirilən şəxs ifşa olunub

image-lady-day-az

Şəmkir rayonunda qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayəti üzrə təqsirləndirilən şəxs ifşa olunub.

Qanunla.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında bildirilib. Şəmkir rayonunun Zəyəm-Cırdaxan kənd sakini 1959-cu il təvəllüdlü Əntiqə Məmmədovanın yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs ifşa edilib.

Polis və prokurorluq əməkdaşlarından ibarət peşəkar istintaq-əməliyyat qrupu tərəfindən keçirilmiş tədbirlər nəticəsində 1986-cı il təvəllüdlü Fariz Cəlilovun cari il fevralın 19-da qonşusu Əntiqə Məmmədovanın yaşadığı evə gələrək ona olan borcu tələb etməsi, ona olan borcunu ödədikdən sonra aralarında yaranmış mübahisənin gedişində evin mətbəxindən götürdüyü bıçaqla Əntiqə Məmmədovaya çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fariz Cəlilova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı əsasında 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda ibtidai istintaq davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki