image-qanunla-reklam
image-goranboy-sel-1

Sel Goranboyda fəsadlar törətdi — FOTOLAR

image-lady-day-az

Ötən gecə güclü yağışın ardından yaranan sel suları Goranboyun 3 kəndində fəsadlar törədib.

Qanunla.az xəbər verir ki, rayonun Goranlı, Qazançı, Kürəkçay kəndlərində təbiət hadisəsi zamanı həyətlərə, evlərə, tövlələrə su dolub.

Kürəkçay kəndi ərazisindən axıb gedən sel suları dəmiryol xəttinin kənarında kiçik göl yaradıb.

Yağışdan sonra yaranan sel Goranlı kəndində 3 sakinin həyətinə dolub. Sel suları adıçəkilən kəndlərə qonşu olan Qazançıda da otlaq sahələrinə, həmçinin sakinlərə məxsus həyətlərə, tövləyə də dolub. Sakinlərin verdiyi məlumata görə, xırdabuynuzlu heyvanlardan tələf olanlar da var.

Güclü yağış kənd yollarını da yararsız hala salıb. Goranboy rayonunun 3 kəndində selin yaratdığı fəsadların aradan qaldırılması üçün Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən monitorinq aparılıb.

Qeyd edək ki, iyun, iyul aylarının əvvəlində də Goranboyun bir neçə yaşayış məntəqsində sel suları ciddi fəsadlar törədib. (yeniavaz.com)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki