image-qanunla-reklam
image-1657607528_1651988505_1647858425-1647796945-qeza_0369

Şəkidə 5 maşın toqquşdu – Xəsarət alan var

image-lady-day-az

Şəki şəhərində 5 avtomobil toqquşub, xəsarət alan var.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qanunla.az”a bildirilib ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Müşviq küçəsində qeydə alınıb.

Belə ki, ərazidə 5 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində avtomobillərə ziyan dəyib və yolun kənarındakı piyada, 1986-cı il təvəllüdlü Şəki şəhər sakini Polad Əmrahov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Piyada xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki