image-qanunla-reklam
image-ilham3_81658904879

Şəhid ailələrinə xüsusi qayğı göstərilməlidir

image-lady-day-az

Şəhid ailələrinə xüsusi qayğı göstərilməlidir.

Tarixboyu Azərbaycan xalqı həmişə əmin – amanlığın tərəfdarı olub. Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri də canı-qanı bahasına Ermənistanın 30 il ərzində milyonlarla vəsait sərf edib qurduğu nəhəng istehkamları yarıb keçdi, düşmənin silahlı qüvvələrini darmadağın etdi. Azad olmuş bütün torpaqlarımızda üçrəngli bayrağımızın əbədi olaraq dalğalandırılması, ölkə rəhbərinin böyük sevinc hissi ilə xalqımıza verdiyi qələbə müjdələri, dünyanın nüfuzlu nəşrlərinə verdiyi məntiqli, dolğun müsahibələr də Azərbaycanın haqq savaşında qalib gəlməsi üçün böyük stimul oldu. Xalqımızın müzəffər ordumuza inamı və dəstəyi, həmçinin ölkəmizdə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbə sevincinin ideoloji əsasını təşkil etdi. Sözsüz ki, tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək, tarixdə əbədi qalacaq və heç vaxt unudulmayacaqdır. Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan müzəffər ordumuza borcluyuq.

Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimiz tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Prezidentimiz cənab İlham Əliyevin sosial siyasətində şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının həyat şəraitinin yaxşılaşdırılması da prioritet məsələdir. Lakin təkcə maddi deyil, mənəvi dəstək də böyük önəm daşıyır. Ölkə başçımız cənab İlham Əliyev qazilər və şəhid ailələri ilə tez-tez görüşlər keçirir, onlara mənəvi dəstək verir, məişət problemləri ilə maraqlanır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından və qanlarından keçərək şəhidlik zirvəsinə ucalanların xatirəsi hər zaman yüksək tutulur. Şəhid ailələri və müharibə iştirakçıları ən yüksək səviyyədə qayğı ilə əhatə olunublar. Axı onların sayəsində 30 ilədək işğalda qalan torpaqlarımızda artıq üçrəngli bayrağımız dalğalanır. Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçən, sağlamlıqlarını itirmiş həmvətənlərimizin, igidlərimizin xatirəsini unutmamalı, onların qəhrəmanlıqlarını gənc nəsillərə çatdırmalıyıq.

 

Zərdab şəhər 1 saylı məktəb liseyin psixoloqu- Kifayət İmanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki