image-qanunla-reklam
image-301448746_633382358141546_8374816922021014705_n

Səfər türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir

image-lady-day-az

Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Belə bir vaxtda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri əməkdaşlıqda yeni mərhələnin başlandığını deməyə əsas verir. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verən 20-dən çox sənədin imzalanması əməkdaşlığın daha da dərinləşməsini şərtləndirir. Xüsusilə “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji əlaqələrin gücləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi haqqında Bəyannamə”də kifayət qədər əhəmiyyətli məsələlər əksini tapıb. Belə ki, siyasi əlaqələrin inkişaf etdirilməsi, bir-birinin suverenliyinə, ərazi bütövlüyünə qarşılıqlı dəstək, mühüm məsələlərin həlli ilə bağlı birgə səylərin əlaqələndirilməsi, eyni zamanda, iqtisadi-ticarət, nəqliyyat-logistika sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, mədəni-humanitar əlaqələrin inkişaf etdirilməsi kimi məsələlər hər iki ölkənin maraqlarına cavab verir.

Prezident İlham Əliyevin də söylədiyi kimi, bu Bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək. Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyinin də qeyd edilməsi onun əhəmiyyətini daha da artırır. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, bu, Orta Dəhlizin tərkib hissəsi olacaq. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də hər zaman bir-birini dəstəkləyir. Birləşmiş Millətlər Təşkilatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, TÜRKPA kimi təşkilatlar çərçivəsində sıx əməkdaşlıq mövcuddur. Azərbaycan və Qazaxıstan arasında iqtisadiyyat sahəsində də əlaqələrin böyük tarixi var.

Bu vaxta qədər iki ölkə arasında imzalanam 119 ikitərəfli sənəd münasibətlərin müxtəlif sahələrdə inkişafına daha da töhfə verib.

Vətən müharibəsi dövründə Qazaxıstan dövləti, bütün qazax xalqı ölkəmizin haqlı mübarizəsini dəstəkləyib. Postmünaqişə dövründə də Qazaxıstan bizim yanımızdadır. Füzuli şəhərində Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması təşəbbüsü bu dəstəyin davam etdiyini təsdiqləyir.

Bu səfər, eyni zamanda, bütövlükdə türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün də mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, türkdilli dövlətlər arasında əlaqələrin inkişafında Azərbaycanın xüsusi rolu var. Dövlətimizin başçısı əlaqələrin inkişaf etdirilməsini prioritet hesab edir, iqtisadi, siyasi, humanitar və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Bu xüsusda türkdilli ölkələr arasında inteqrasiya prosesinin geniş vüsət almasında Azərbaycan uğurlu körpü rolunu oynayır. Bu uğurlardan biri də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsidir. Ümumiyyətlə, Prezident İlham Əliyev tərəfindən irəli sürülən təklif və təşəbbüslərin həyata keçirilməsi türkdilli ölkələr arasındakı əlaqələrin inkişafına əsaslı töhfə verməkdədir.

 

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki