image-qanunla-reklam
image-1662702392-ilham_aliyev_pashinyan_3

Şarl Mişel erməni hərbçilərin təhvil verilməsinə münasibət bildirdi

image-lady-day-az

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan tərəfinin 5 erməni hərbçisini qarşı tərəfə təhvil verməsini təqdir edib.

“Qanunla.az” xəbər verir ki, Aİ Şurasının Prezidenti bu barədə “Twitter”də bildirib.

“Avqustun 31-də Brüsseldə baş tutan müzakirələrdən sonra daha beş erməni saxlanılanının Bakı tərəfindən azad edilməsi alqışlayıram. İlk dəfədir ki, təhvil ikitərəfli qaydada həyata keçirilib – bu həm Azərbaycan, həm də Ermənistan üçün etibar deməkdir.

Bütün həll edilməmiş humanitar məsələlərin həlli əsas prioritetdir”,- Mişel vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki