image-qanunla-reklam
image-1649764699-bicaqqq8

Samuxda 33 yaşlı kişi QƏTLƏ YETİRİLDİ

image-lady-day-az

Samuxda 33 yaşlı kişi qətlə yetirilib.

Bu barədə “Qanunla.az”a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyunun 22-i saat 01 radələrində rayonun Füzuli kəndi ərazisində 1989-cu il təvəllüdlü Cavid Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin tanışı, 1990-cı il təvəllüdlü Mədət Tağıyevin yaşadığı evin qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Cavid Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Samux Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Mədət Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki