image-qanunla-reklam
image-1689396407_64b220fde976564b220fde9766168939545364b220fde976264b220fde9763

Salyan sakini narkotikə görə saxlanıldı

image-lady-day-az

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Qanunla.az”a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Natiq Əliyev saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı külli miqdarda narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki