Sabit əməkdaşlıq əlaqələri.
Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə qonaq qismində iştirak edib. Ölkə başçısının tədbirə qatılmasını şərtləndirən əsas səbəblərdən biri də Rusiyanın vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş nazirinin görüşünün keçirilməsi olub. İclasda çıxış edən dövlət başçısı Azərbaycanın ikitərəfli formatda Ermənistan istisna olmaqla Avrasiya iqtisadi birliyinə üzv olan ölkələrlə sıx əlaqələrə malik olduğunu və ticarət dövriyyəsinin keçən il 31 faiz artaraq 4,7 milyard dollara çatdığını bildirib. Dövlət başçısının sözlərinə görə 2022-ci ildə birliyə üzv olan ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 9 faizə yaxın təşkil edib. Azərbaycanın şərq-qərb və şimal-cənub nəqliyyat yollarının kəsişdiyi coğrafi məkanda yerləşdiyini vurğulayan dövlət başçısı ölkənin şimal-cənub beynəlxalq nəqliyyat dənizinin əhəmiyyətli iştirakçısı olduğunu qeyd edib. Bildirib ki, ölkənin nəqliyyat logistika infrastrukturu istənilən istiqamətdə daşımaların həyata keçirilməsinə imkan verir. Həmçinin ölkə başçısı onu da vurğulayıb ki, Azərbaycan Xəzər hövzəsində ən böyük ticarət donanmasına malikdir.
İlahə Mustafayeva – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin müəllimi.
Sülh gündəliyi öz aktuallığını qoruyur.
Cari ilin 25 may tarixində cənab Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak və çıxış etmişdir. Səfər çərçivəsində cənab Prezident Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü də baş tutmuşdur. Çıxışları zamanı Cənab Prezident İlham Əliyev bir sıra vacib məsələlərə toxunaraq, Azərbaycan – Ermənistan münasibətlərindən bəhs edərək bildirmişdir ki, “Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var. Azərbaycan dövlətinin Ermənistana qarşı ərazi iddialarının olması ilə əlaqədar ittihamlar absurddur. Azərbaycanın bu cür iddiaları yoxdur. Bunu təsəvvür etmək üçün güclü fantaziyaya malik olmaq lazımdır.” Bu cür çıxışları ilə Ali Kaş Komandanımız bir daha siyasi arenada Ermənistan rəhbərliyinin layiqli cavabını verdi.
Həqiqətən bugün sülh gündəliyi öz aktuallığını qoruyur. Sülh üçün bütün imkanlar olsa da, Ermənistan və onun havadarları prosesi uzatmağa səy göstərir. Ermənistan hərbi-siyasi rəhbərliyinin atdığı addımlar da bunu deməyə əsas verir. Ermənistanın Baş nazirinin hər dəfə fərqli fikir səsləndirməsi də sülhdən qaçmaq üçün hesablanmış bəhanələrdən başqa bir şey deyil. Azərbaycanın isə bu məsələdə mövqeyi qətidir. Sülh danışıqları qısa zamanda ərzində nəticə verməsə, Azərbaycanın alternativ yollara əl atması da qaçılmazdır. Hər halda Ermənistana bu ilin sonuna qədər vaxtlarının qalması ilə bağlı ən yüksək səviyyədə xəbərdarlıq edilib. Ermənistan bir qədər də vaxtı uzatmaqla daha əlverişli bir məqam axtarır. 25 may tarixində baş verənlər Ermənistanın sülh prosesinin tezliklə başa çatmasında maraqlı olmadığını göstərdi.
Tükəz Lətifli – Zərdab rayonu Çallı kənd tam orta məktəbinin müəllimi.
Prezident İlham Əliyevin cari ilin 25 may tarixində Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı ilə əlaqədar.
Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirdə qonaq qismində iştirak edib.
“Azərbaycan iqtisadiyyatı müstəqilliyin demək olar ki, bütün dövrü ərzində dayanıqlılıq və artım nümayiş etdirir. Biz tam iqtisadi müstəqilliyə nail olmuşuq. Bu da bizim uğurla həyata keçirdiyimiz müstəqil xarici siyasət kursunu aparmaq imkanının mühüm amilidir” – deyən Prezident İlham Əliyev Azərbaycanın dörd ilə yaxın müddətdə Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini xatırladıb. Dövlətimizin başçısı vurğulayıb ki, Qoșulmama Hərəkatı Birləşmiş Millətlər təşkilatından sonra sayca ikinci beynəlxalq təsisatdır. Azərbaycan iqtisadiyyatının özü-özünü təmin etdiyini və kənardan dəstəyə ehtiyyacı olmadığını söyləyən cənab Prezident son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulunun üç dəfədən çox artdığını bildirib: “ Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ÜDM-in demək olar ki, 9 faizindən așağı səviyyəsindədir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyyatları xarici borcu 10 dəfə üstələyir.
Cari ilin 25 may tarixində Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında Cənab Prezidentin çıxışı Onun rəhbərliyi ilə Azərbaycanın regionda və beynəlxalq arenada böyük nüfuza malik olduğunu bir daha sübut etdi.
Elminaz Salahlı – Zərdab rayonu Şahhüseynli kənd tam orta məktəbinin müəllimi
Strateji əhəmiyyət daşıyan logistik layihələr.
Bu gün Azərbaycanın yol-nəqliyyat-logistika infrastrukturu beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Bunu nüfuzlu reytinq agentliklərinin hesabatlarından da görmək mümkündür. Məsələn, Davos İqtisadi Forumunun yayılan hesabatında respublikamız dəmir yollarının səmərəliliyinə görə 11-ci yerdə qərarlaşmışdır. Nəqliyyatın bütün seqmentləri Azərbaycanda tam müasir standartlara cavab verir. Bütün bunlar ölkəmizin dinamik inkişafının göstəricisidir.
Azərbaycan özünün nəqliyyat-logistik imkanlarını genişləndirməyi mühüm vəzifə kimi qarşıya qoyub. Cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq son illərdə respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsinə, bu sahədə çoxsaylı layihələrin reallaşdırılmasına böyük həcmlərdə investisiyalar yönəldilib.
Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq. Azərbaycanın gəmiqayırma imkanları bu gün, həmçinin bizim Xəzərdəki qonşularımıza da təqdim olunub. Bakı gəmiqayırma zavodunda Xəzər üzrə qonşularımızın sifarişlərinin qəbul edilməsi üzrə danışıqlar və fəal iş aparılır. Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir.
Kəmalə Məmişova – Zərdab rayonu Bıçaqçı kənd tam orta məktəbinin direktoru
Sülhü yaxınlaşdıran önəmli etiraflar.
Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alsaq, sülh sazişinə nail olmaq üçün imkanlar var. Laçın-Xankəndi yolu açıqdır. Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçir. Beynəlxalq əməkdaşlığın ikitərəfli formatı uğurla fəaliyyətdədir.
Həm Müstəqil Dövlətlər Birliyinin, həm də digər beynəlxalq təşkilatların platformalarında ikitərəfli əməkdaşlıq formatı uğurla inkişaf edir.
Ulu Öndər Heydər Əliyevin yubiley tədbirləri həm Moskvada, həm dövlət hakimiyyət təsisatlarında, həm də Rusiyanın regionlarında fəal şəkildə keçirilib. Ulu Öndər Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Vladimiroviç Rusiya ilə Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsinin əsasını qoymuşdular. Rusiya Prezidentinin 2001-ci ildə Azərbaycana səfərindən sonra münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəldi. Bu gün artıq bu münasibətlər müttəfiqlik səviyyədədir.
Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin bəyanatları, eləcə də Azərbaycan Respublikasının sahəsini konkret rəqəmlərlə göstərməklə Azərbaycanın ərazi bütövlüyünün tanınmasından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaq.
Türkan Həsənova – Zərdab rayonu Xasa kənd ümumi orta məktəbinin müəllimi