image-qanunla-reklam
image-1678649882_1102971_01

Saakaşvili ölüm ayağındadır – “Sky News”

image-lady-day-az

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili xəstəxanada ölüm ayağındadır.

“Qanunla.az” xəbər verir ki, bu barədə Britaniyanın “Sky News“ telekanalı məlumat yayıb.

Jurnalistlərin xəstəxanaya buraxılmadığı, lakin onların suallarının vəkil vasitəsilə çatdıra bildirildiyi və yazılı cavablar aldığı qeyd edilir.

“Əvvəlcə 120 kiloqram çəkim var idi. İndi isə 64. Yaşım 60-dan azdır. Həkimlər çoxlu orqan çatışmazlığını proqnozlaşdırırlar. Mən daim yataqdayam, sümüklərim parçalanır və bu, dözülməz ağrılara səbəb olur”, – deyə Saakaşvili suala cavab verib.

Keçmiş prezident ölüm ayağında olduğunu bildirib.

Saakaşvilinin vəkili Şalva Xaçapuridze onun bu sözlərini təsdiqləyib.

Xatırladaq ki, Gürcüstanın keçmiş prezidentinin səhhətində ciddi problemlər 2021-ci ilin noyabrında hakimiyyət tərəfindən saxlanmasına etiraz olaraq iki aya yaxın aclıq aksiyası keçirməsi ilə başlayıb.

Aclıq aksiyası bitdikdən sonra ilk dəfə Saakaşvili sağalmağa başlasa da sonra səhhəti yenidən pisləşib.

2022-ci ilin payızında siyasətçinin vəkilləri bildiriblər ki, o həbsxanada zəhərlənib.

Avropa ölkələri Gürcüstan hakimiyyətini Saakaşvilini müalicə üçün azad etməyə çağırsalar da Gürcüstan məhkəməsi bundan imtina edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki