image-qanunla-reklam
image-1646375899_142ab7bd-98e1-4f96-8b04-55c6d458f1f3

“Ruslar üç dəfə Zelenskini öldürməyə cəhd ediblər” – KİV

image-lady-day-az

Britaniyanın “The Times” qəzeti Ukrayna prezidenti Vladimir Zelenskinin son bir həftə ərzində azı üç dəfə sui-qəsdə məruz qaldığını yazıb.

“Qanunla.az” xəbər verir ki,  nəşrin məlumatına görə, Ukrayna liderini öldürmək üçün iki müxtəlif qrup – Vaqnerin Kreml yönümlü qrupunun muzdluları və çeçen xüsusi təyinatlıları göndərilib.

Qəzet yazır ki, hər dəfə sui-qəsdlərin qarşısı Ukrayna ilə müharibəyə qarşı çıxan Rusiya FSB zabitləri tərəfindən alınıb.

“Vaqnerin Kiyevdəki muzdluları cəhdləri zamanı itkilər verdilər və ukraynalıların onların hərəkətlərini nə qədər dəqiq görməsindən narahat idilər. Həmçinin şənbə günü Kiyevin kənarında bir qrup çeçen muzdlu tərəfindən həyata keçirilən sui-qəsdin qarşısı alınıb”, – deyə qəzetdə qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki