image-qanunla-reklam
image-1658900300_default

Rusiyaya qarşı sanksiyalar Ermənistanın inkişafını “çökdürür”

image-lady-day-az

Rusiyaya qarşı sanksiyala birbaşa və ya dolayı yolla Ermənistanın iqtisadi inkişafına və regiondakı iqtisadi vəziyyətinə mənfi təsir göstərir.

“Qanunla.az” erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Çexiyanın xarici işlər naziri Yan Lipavski ilə görüşdən sonra mətbuat konfransında deyib.

“Təbii ki, Rusiyaya qarşı sanksiyalar Ermənistanın iqtisadi inkişafına və ümumilikdə regionun iqtisadi vəziyyətinə birbaşa və ya dolayı yolla mənfi təsir göstərir. Ona görə də biz bu çağırışları aradan qaldırmaq və mümkünsə neytrallaşdırmaq üçün qısa və ortamüddətli həll yolları və mexanizmlər tapmağa çalışırıq. Ümid edirəm ki, biz bu prosesdə uğur qazanacağıq”, – deyə Mirzoyan bildirib.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki