image-qanunla-reklam
image-aleksey-danilov

Rusiyanın Yanukoviçlə bağlı layihəsi… – Danilov

image-lady-day-az

Ukrayna Konstitusiya Məhkəməsinin keçmiş sədri Aleksandr Tupitski fevralın 24-də Rusiyanın hücumundan sonra keçmiş prezident Viktor Yanukoviçin legitimləşdirilməsində iştirak etməli idi.

Qanunla.Az  xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukrayna məhkəmələri, o cümlədə Kiyev Dairə Məhkəməsinin vasitəsilə Yanukoviçin hüquqi prosedurla qaytarılması layihəsi var idi.

“Bu, sübut olunmuş faktdır”, – Danilov bildirib.

Danilov qeyd edib ki, bu məhkəmə hakimləri Ukrayna Təhlükəsizlik Xidmətinə çağırılıb, dindirilməlidirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki